Təbrizdə divarlara Bütöv Azərbaycan posterləri vuruldu

Təbrizdə divarlara Bütöv Azərbaycan posterləri vuruldu

Dekabrın 11-i və 12-də 21 Azər Hərəkatı – Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı təbliğat aksiyaları davam edib.

AzerTimes xəbər verir ki, bu barədə yerli milli fəallar məlumat yayıblar.

Təbrizin küçələrinin divarlarına və ictimai yerlərə yapışdırılan posterlərdə “21 Azər Bütöv Azərbaycandan Türküstana gedən yoldur” şüarı yazılıb.

Təşəbbüsçülər bildiriblər ki, məqsədləri Azərbaycanın bütövləşməsi, İranın başqa bölgələrində yaşayan türklərlə birlikdə vahid Türküstan dövləti və ittifaqı yaratmaqdır.

Teqlər: