Dekabrın 21-i gecə saatlarında yerli mədəniyyət xadimlərinin təşəbbüsü və şəhər bələdiyyəsinin 8-ci bölgəsinin təşkilatçılığı ilə Çillə gecəsi mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, mərasim Mobin mədəniyyət zalında baş tutub.
Mərasimdə təbrizli mədəniyyət xadimləri, şairlər çıxış edib, Azərbaycanda Çillə gecəsinin tarixi, adət-ənənələri barədə danışıb və şeirlər oxuyublar.
Mədəni tədbirin sonunda azərbaycanlı aşıqlar havacatlar ifa ediblər.