Havanın çirklilik səviyyəsinin təhlükəli həddə olması və əyalətin Fövqəladə Hallar Komitəsinin xəbərdarlığı səbəbindən dekabrın 4-də Təbriz, Üskü, Səhənd şəhərləri və ətraf kəndlərinin bütün məktəbləri bağlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycanın Təhsil İdarəsi məlumat yayıb.
Bununla yanaşı, həssas yaş qrupundan olan insanların – qocaların, uşaqların və xəstələrin evdə qalmaları tövsiyə olunub.