Təbrizdə bir ailənin üç üzvü öldürüldü

Təbrizdə bir ailənin üç üzvü öldürüldü

Aprelin 28-də Təbrizdə ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” saytı məlumat yayıb.

Məlumata görə, kürəkən qayınatası, qayınanası və qayınını bıçaqlayaraq qətlə yetirib.

Hadisə cinayəti törədən tərəfdən xanımının boşanmaq istəməsi və azyaşlı övladını götürərək ata evinə getməsindən sonra baş verib.

Bildirilib ki, kürəkən övladını görmək üçün qayınatasının evinə gedib. Ataya övladını görməyə icazə verilməməsi isə faciə ilə nəticələnib.

Teqlər: