Təbrizin 5-ci bölgəsinin bələdiyyəsinin Mədəni və İctimai Mərkəzi və Təbriz Musiqi Birliyinin əməkdaşlığı ilə Aşıq Musiqisi Festivalı keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə Təbriz bələdiyyəsi məlumat yayıb.
Məlumatda 12 musiqi qrupunun iştirakı ilə keçirilən festivalın iyunun 15-də yekunlaşacağı bildirilib.
Qeyd olunur ki, festival hər gün saat 18:00-dan 20:00-a kimi şəhərin Fereşte Mədəniyyət Mərkəzində açıq havada davam edəcək.