Təbrizdə 40 mərasimində 10 nəfər həbs edildi

Təbrizdə 40 mərasimində 10 nəfər həbs edildi

Bu gün – dekabrın 27-də Təbrizin “Vadi rəhmət” qəbiristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı 10-dan çox şəxs həbs edilib.

AzerTimes xəbər verir ki, polis, SEPAH və təhlükəsizlik məmurlarının həbs edərək naməlum yerə apardığı şəxslər arasında hələlik milli-mədəni fəal İbrahim Mühacirin kimliyi müəyyənləşdirilib. Aylar Həqqinin atası və anası da həbs edilənlər arasındadır.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keçirilən etiraz aksiyası zamanı Tibb Universitetinin tələbəsi, tələbə hərəkatı fəalı Aylar Həqqi hökumət məmurları tərəfindən öldürülüb.

Teqlər: