Fevralın 16-ı səhər saatlarında Təbriz-Tehran yolunun Əhər bölgəsində ağır yol qəzası baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya açıqlama verib.
Onun dediyinə görə, 3 avtobusun toqquşması nəticəsində meydana gələn qəzada 32 nəfər bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin durumunun ağır olduğu bildirlir.