Təbriz xalçaları Paris-2024-ə göndərildi – Foto

Təbriz xalçaları Paris-2024-ə göndərildi – Foto

Təbrizli sənətçi və xalçaçıların toxuduğu və Paris-2024-ə həsr olunan 4 xalça Fransaya göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Xalçaların dizayneri təbrizli sənətçi Həmid Ərşadinin sözlərinə görə, xalçaların toxunmasında 6 təbrizli xalçaçının əməyi olub. Xalçalar 6 aya ərsəyə gəlib.

60 x 90 sm ölçülərdə olan xalçalar ipək və merinos saplardan istifadə olunmaqla toxunub.

Xalçalar İsveçrə, Fransa, İran və Yaponiya Olimpiya Komitələrinə təqdim olunacaq.

Teqlər: