Təbriz və Tehranda 3 milli fəal saxlanıldı

Təbriz və Tehranda 3 milli fəal saxlanıldı

İranın təhlükəsizlik məmurları Tehran və Təbriz şəhərlərində 3 milli fəalı saxlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumata görə, Təbrizdə “Traktor” komandasının tanınmış azarkeş liderlərindən olan Taib Lütfi öz iş yerində, əslən Xudafərindən olan və Tehranda yaşayan Məhəmməd Əbdi isə şəxsi mənzilində saxlanılıb, evində axtarış aparılıb.

Təhlükəsizlik məmurları əslən Şərqi Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan aktyor və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) də evinə basqın edərək, onu aparıblar.

Onların saxlanılma səbəbi və harada olduqları barədə məlumat əldə etmək mümkün olmayıb.

Teqlər: