İranda etiraz aksiyalarında iştirakına, tələbə və müəllimlərin həbs olunmasına etiraz etməsinə görə 10 tələbənin Təbriz Universitetində təhsili dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə İran Təhsil İşçilərinin Kordinasiya Şurası məlumat yayıb.
Universitetin İnzibat Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr “iğtişaş və qarışıqlıq yaratmaq”da ittiham olunublar.
Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri istənilib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.