Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrası açılacaq.
AzerTimes xəbər verir ki, bu sözləri İrəvan Dövlət Universitetinin rektoru Ovanes Ovannisyan deyib.
O bildirib ki, bu qərar Təbriz Universitetinin rektoru Səfər Nəsrullazadə ilə görüşündə verilib.
Onun sözlərinə görə, İDU-nun iranşünaslıq kafedrasında da Azərbaycan Atropatena Mərkəzinin yaradılmasına hazırdırlar.
Qeyd edək ki, qubernator Abidin Xürrəmin başçılığı ilə Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti İrəvanda səfərdədir.