İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərindəki Universitetdə dərslər sentyabrın 24-dən qeyri-müəyyən müddətədək dayandırılıb.
AzerTimes xəbər verir ki, məlumatı GünAz TV yayıb.
Bildirilib ki, tədrisin dayandırılmasının səbəbləri ilə bağlı açıqlama verilməyib.
Yerli müşahidəçilər isə bunun son günlər İranda, o cümlədən Təbrizdə keçirilən etiraz aksiyaları ilə birbaşa əlaqəsinin olduğunu düşünür.
Qeyd edək ki, İranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfində qətlə yetirilib. Bu cinayətə qarşı ölkədə genişmiqyaslı etiraz aksiyaları keçirilib.