Təbriz komandasından növbəti qələbə

Təbriz komandasından növbəti qələbə

Mayın 12-də İran çempionatında 29-cu turun qarşılaşmaları baş tutub.

AzerTimes xəbər verir ki, Güney Azərbaycan təmsilçisi “Traktor” öz meydanında Mazandaranın “Nəssaci” klubu ilə qarşılaşıb.

Qarşılaşma Təbriz klubunun 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının sayını 52-ə çatdıran “Traktor” 4-cü pillədə yerini qoruyub saxlayıb.

Təbrizin “Yadigari imam” (Səhənd) stadionunda baş tutan oyunda azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Urmu, Zəncan, Ərdəbil, bu səs Təbrizdən gəlir” və bu kimi başqa şüarlar səsləndiriblər.

Teqlər: