Təbriz bazarı da tətilə qoşuldu

Təbriz bazarı da tətilə qoşuldu

Təbrizdə noyabrın 15-dən başlayan mağazalar, ticarət mərkəzləri və digər istehsal müəssisələrinin tətil aksiyası davam edir.

AzerTimes xəbər verir ki, sahibkarlar bu gün də dükanlarını açmaqdan imtina ediblər.

Məlumata görə, Təbrizin mərkəzində yerləşən mağazalarla yanaşı, şəhərin üstüörtülü bazarının işçiləri də ümumxalq tətilinə qoşulublar.

Təbrizlə yanaşı Ərdəbil, Urmiya, Zəncan və Güney Azərbaycanın başqa bir neçə şəhərində bir çox dükan sahibi tətil elan edib və dükanlarını bağlı saxlayıb.

Teqlər: