Təbliğatçılar Kremldən üz döndərir

Təbliğatçılar Kremldən üz döndərir

Xarkov vilayətində və Limanda məğlubiyyət Rusiya informasiya məkanını kökündən dəyişdirib. İndi təbliğatçılar Rusiyanın hərbi rəhbərliyini tənqid etməyə və müharibənin gedişi ilə bağlı şəffaflığın olmamasından şikayət etməyə başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kremlin maliyyələşdirdiyi media və rus mili blogerləri, hərbi müxbirlər və məşhur Teleqram kanalları qismən səfərbərliyin bürokratik uğursuzluqlarını tənqid edib, Limanın itkisinə yas tuturlar. Onlar Liman və Xarkov ətrafında məğlubiyyəti rus ordusunun Donbasın şimalındakı qüvvələrini lazımi səviyyədə gücləndirə bilməməsi ilə əlaqələndirirlər. Eyni zamanda, müharibənin gedişi ilə bağlı şəffaflığın olmamasından şikayətlənirlər.

Ötən gün efirə gedən televiziya proqramlarının bəzi qonaqları hətta Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın dörd bölgəsini ilhaq etmək qərarını tənqid ediblər. Kreml təbliğatçıları artıq qismən səfərbərlikdən məyus olduqlarını gizlətmir. Tez-tez bəzi şəxslərin qanunsuz səfərbərliyini müzakirə edir və yeni səfərbər olunanlar arasında alkoqolizm kimi problemlərə diqqət çəkirlər. Kremlin rus ordusunu gözdən salmaq ittihamı əsasında 15 ilə qədər həbs cəzası qanunu qəbul etməsindən sonra Rusiya kanallarındakı tənqidlər təəccüb doğurur”, – məlumatda deyilir.

Teqlər: