Təbii ehtiyatları ən çox olan ölkələr: Rusiya, İran…

Təbii ehtiyatları ən çox olan ölkələr: Rusiya, İran…

Rusiya təbii ehtiyatların dəyərinə görə dünya üzrə lideridir. Şimal qonşumuzun sərvəti 75 trilyon dollar dəyərində qiymətləndirilir ki, bu da 2023-cü ilin sonunda nominal ÜDM-dən təxminən 37 dəfə çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə “Sərhədsiz Ticarət Təşkilatı”nın məlumatında deyilir.

İkinci yeri 45 trilyon dollarla ABŞ (2023-cü il üçün ÜDM-dən 1,64 dəfə çox), üçüncü yerdə isə 34 trilyon dollarla Səudiyyə Ərəbistanı (2023-cü il üçün ÜDM-dən 31,8 dəfə çox) gəlir.

Sonrakı 4-cü yerdə 27 trilyon dollarlıq təbii sərvətlə (2023-cü ilin sonunda nominal ÜDM-dən 67 dəfə çox ) İran təbii ehtiyatları cəmi 23 trilyon dollar qiymətləndirilən Çini qabaqlayır.

Teqlər: