TƏBİB sədri baş direktoru işdən çıxardı

TƏBİB sədri baş direktoru işdən çıxardı

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Ramazan oğlu Azadxanov vəzifəsindən azad olunub.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Onun hansısa bir yerə təyinat alması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının əmri ilə sözügedən vəzifəyə təyinat almışdı.

Teqlər: