TƏBİB-in Çağrı mərkəzi yaradılır

Xəbər - Samir Əli – Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Çağrı mərkəzinin yaradılması istiqamətində ciddi işlər gedir.

AzerTimes-ın məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı deyib.

O bildirib ki, pandemiya dövründə psixoloji dəstək üçün 1542 Psixoloji Dəstək Xətti vasitəsilə 1 122 şəxs müraciət edib:

“Onlardan 459-u koronavirus xəstələri olub. Sərt karantin dövründə əsəbilik və gərginliklə bağlı müraciətlər daha çox olub. Bundan başqa ailədaxili münasibətlər, depressiv vəziyyətlə bağlı da çox müraciət olurdu.
Bundan başqa ölkə üzrə 1 007 tibb işçisinə psixoloji dəstək göstərilib”.

Teqlər: