TƏBİB Göyçaydakı kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb

TƏBİB Göyçay rayonunda kütləvi zəhərlənmə ilə bağlı açıqlama
yayıb.

Qurumdan AzerTimes-a bildirilib ki, 19.04.2022-ci il saat 00:49-da
10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon
Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil
olub:

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım
göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə
üçün buraxılıblar”.

Teqlər: