TƏBİB-dən Biləsuvardakı partlayışla bağlı məlumat…

TƏBİB-dən Biləsuvardakı partlayışla bağlı məlumat…

Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi – 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla – 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə AzerTimes-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

Teqlər: