TƏBİB bu dövlət xidmətini məhkəməyə verdi

TƏBİB bu dövlət xidmətini məhkəməyə verdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini məhkəməyə verib.

AzerTimes-ın əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti TƏBİB-i işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozmaqla xitam verdiyinə görə cərimə edib.

TƏBİB isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından narazı qalaraq Nərimanov Rayon Məhkəməsinə üz tutub.

Məhkəmədə işə baxılması üçün Vüsal Qurbanov hakim təyin edilib.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcələsinin 192.6-cı maddəsinə görə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilərsə, vəzifəli şəxs min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Teqlər: