Teatr sahəsində idarəetmənin sadələşdirilməsini istəyirik – Nazir

Bizim ilk hədəfimizdə idarəetmənin təkmilləşdirilməsi üçün publik hüquqi şəxslərin yaradılması dayanır.

AzerTimes-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Teatr Agentliyinin yaradılması ilə bağlı açıqlamasında deyib.

“Bu sahə tədqiq edilməlidir. Səmərəliliyi müəyyən edilməlidir ki, dövlət qurumları, maliyyə qurumları qarşısında hesabat verə bilək. Teatr sahəsi də ona daxildir. Biz istərdik ki, bu sahədə də idarəetmə sadələşdirilsin.

Növbəti ildə bu proseslər davam etdiriləcək. İnanıram ki, islahatlarla sıçrayışa nail ola billəcəyik”, – nazir deyib.

Teqlər: