TDT Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?

TDT Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?

TDT ölkələrinin Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıması və onun bərabərhüquqlu üzv kimi təşkilata qəbulu qeyri-mümkün deyil, lakin bunun üçün vaxt lazımdır.

Bu sözləri AzerTimes-a Türkiyənin Bandırma On Yeddi Eylül Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor İsmayıl Şahin deyib.

Professor TDT ilə Şimali Kiprin əlaqələrinin möhkəmləndirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb:

“Şimali Kipr Türk Respublikası TDT-nin Orta Asiyadan Aralıq dənizinə kimi uzanan gücə çevrilməsində xüsusi bir rol oynaya bilər. Ayrıca bu strateji addımın (Şimali Kiprin TDT-yə müşahidəçi üzv olması – red.) Kipr məsələsində türklərə qarşı qurulan oyunun aradan qaldırılmasına təsir göstərməsi mümkündür. Avropa Birliyi və digər aktorların Şimali Kiprin TDT-yə müşahidəçi üzv olması əleyhinə çıxışları isə onların qardaş ölkədəki türk xalqının mənfəətlərinə qarşı olduğunun açıq təzahürüdür. Şimali Kipr uzun illərdir ki, İslam Əməkdaşlığı Təşkilatında və TÜRKSOY-da müşahidəçi üzv statusundadır. Yəni ŞKTR-in müşahidəçi üzv qəbul olunmasının çoxlu örnəyi var. Şimali Kiprin müstəqilliyinin tanınması və tamhüquqlu üzvlük məsələsini yaxın gələcəkdə daha çox beynəlxalq geosiyasət və siyasi konyektura müəyyən edəcək. Hazırda TDT ilə Şimali Kipr arasında əlaqələrin gücləndirilməsi niyyəti var və bunun təməlində strateji ağıl dayanır. Tələskənlik etmədən, düşünülmüş və strateji addımlar atmaqla TDT və Şimali Kipr Türk Respublikası arasındakı əlaqələr dərinləşdirilə bilər”.

Teqlər: