TDT-nin Baş katibindən Quranın yandırılmasına reaksiya

TDT-nin Baş katibindən Quranın yandırılmasına reaksiya

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, baş verən bu mənfur əməl ən kəskin şəkildə pislənilir.

Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı Qurana qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.

Teqlər: