Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
AzerTimes xəbər verir ki, səsvermə parlamentin baş assambleyasının iclası zamanı baş tutub.
Beləliklə, Macarıstan İsveçin NATO-ya üzvlük üçün müraciətini ratifikasiya etməyən yeganə alyans ölkəsi olaraq qalır.