Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə N.Qurtulmuş Tvitterdə yazıb.
O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.
N.Qurtulmuş və S.Qafarova parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, N.Qurtulmuş Azərbaycanda səfərdədir.