Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı dünən yaşanan gərginlik bu gün də davam edib.
AzerTimes Türkiyə mediasına istinadla xəbər verir ki, İYİ Partiyadan olan deputat Ümid Bəyaz kürsüdə çıxış edərkən AKP ilə İYİ Partiya deputatları arasında mübahisə düşüb.
Nəticədə tərəflər əlbəyaxa olublar.
AKP-nin Bursadan olan deputatı Zəfər İşıq İYİ Partiya Trabzon millət vəkili Hüseyn Örsünə yumruq zərbəsi endirib.