Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının namizədi Lai Çinq-Te ölkənin yeni prezidenti seçilib.
AzerTimes xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
Məlumata görə, Lai səsvermədə 40 faiz səslə qalib gəlib. Ana müxalifət partiyası Kuomintanqın namizədi Hou Yu 33%, populist Tayvan Xalq Partiyasının qurucusu Ko Ven-Je isə 26% səs toplayıb.
Qeyd edək ki, bu gün Tayvanda parlament seçkiləri də baş tutub.
Tayvan və Çin arasında münasibətlər ilk dəfə 2016-cı ildə seçilən və cəmi iki il müddət bu vəzifədə olan prezident Tsai İn-Ven dövründə pisləşib.