Beynəlxalq ictimaiyyətin Çinin Tayvan separatizminə qarşı çıxışını dəstəkləyəcəyinə əminik.
AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Biz əminik ki, beynəlxalq ictimaiyyət bundan sonra da “Vahid Çin” prinsipinə sadiq qalacaq, Çin xalqının Tayvanda separatçı fəaliyyətə qarşı çıxmasını, milli birləşməni başa çatdırmaq istəyini başa düşəcək və dəstəkləyəcək”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, Tayvan parlamentində keçirilən seçkilərdə Çinlə dialoqun tərəfdarı olan Qomindan Partiyası üstünlük əldə edib.