Tayvanın paytaxtı Taybeydə 4 aydır təmirdə olan körpü uçub.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Hadisə yerinə yanğınsöndürənlər və ilkin tibbi yardım briqadaları göndərilib. Qəzada xəsarət alan işçilərə xəstəxanada tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.