Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

Tayvanda 6,5 bal gücündə zəlzələ oldu

Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ olub.

AzerTimes xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 21:41-də (Bakı vaxtı ilə 17:41) qeydə alınıb. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilmir.

Teqlər: