Tayvanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın adanın Seysmoloji xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qaosün şəhərindən 83 kilometr şimal-şərqdə, ocağı isə 12,3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 23 milyondan çox əhalisi olan Tayvan Şərqi Asiyanın seysmik cəhətdən ən aktiv zonalarından birində yerləşir.