Tayvana elə indi silah göndərməliyik – Rasmussen

Tayvana elə indi silah göndərməliyik – Rasmussen

Çinin Tayvana mümkün hücumunun qarşısını almaq üçün elə indi Tayvana silah göndərilməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

“Avropa siyasətçiləri ziddiyyətli açıqlamalar verməyi dayandırmalıdır. Çin öz inkişafını artırmaq üçün qlobal bazarlara ixraca güvənir. O, Rusiyaya nisbətdə daha çox qlobal tədarük zəncirlərinə malikdir. Ona görə də iqtisadi nəticələri öncədən səsləndirmək ciddi maneə alətinə çevirə bilər. Effektiv şəkildə qarşısını almaq üçün Tayvana müdafiə üçün lazımi silahları verməliyik”, – deyə o bildirib.

Teqlər: