Tayvan Amerika tərəfi ilə 500 milyon dollar dəyərində silah tədarükü ilə bağlı danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bu barədə Tayvan Prezidenti Tsay İnq-Ven məlumat verib.
“Bu dəfə Amerika tərəfinin köməyi epidemiya və digər səbəblərlə bağlıdır. Bəzi silahların tədarükü bir qədər ləngiyir”, – Tsay İnq-ven bildirib.
Qeyd edək ki, bundan əvvəl “Blumberq” agentliyi də ABŞ-ın sadələşdirilmiş sxem üzrə Tayvana silah ötürəcəyi haqda məlumat yaymışdı.