Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 350 min nəfər əhalisi olan
Hualien şəhərindən 66 km şimal-şərqdə, zəlzələnin ocağı 10 km
dərinlikdə yerləşib.

Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat
verilmir.

23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın seysmik cəhətdən ən
aktiv zonalarından birində yerləşir.