Çinin hərəkətləri Tayvan boğazında status-kvoya zərər verir və suverenliyimizi pozur.
AzerTimes xəbər verir ki, bunu Tayvan Prezidenti Tsay İnq-ven deyib.
O, Tayvanın Çinin təhdidləri qarşısında gərginliyi artırmayacağını, əksinə suverenliyini müdafiə edəcəyini ifadə edərək, Pekini ağıl və təmkinlə hərəkət etməyə çağırıb.