Tayvanın İcra Yuanı (ən yüksək icra orqanı) iclasda bütün heyətinin istefasını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə adanın mərkəzi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, bu qərar ötən seçkilər və yeni Qanunverici Yuan (Parlament) formalaşması ilə əlaqədar səhər iclasında qəbul edilib:
“Bu gün günortadan sonra Tayvanın baş icraçı direktoru Tsay İnqvenə rəsmi istefa məktubu veriləcək”.
Qeyd olunur ki, hökumət kabineti yeni parlamentin fevralın 1-də keçiriləcək ilk iclasına qədər istefa verməli idi.
Xatırladaq ki, yanvarın 13-də Tayvanda administrasiya rəhbəri və Qanunverici Yuanın deputatları üçün seçki keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvanın Demokratik İnkişaf Partiyasının nümayəndəsi Lai Çinq-Te əldə edib.