“Taym” jurnalı ilin adamını açıqladı

“Taym” jurnalı ilin adamını açıqladı

Müğənni Teylor Svift Amerikanın “Taym” jurnalının versiyasına görə “İlin adamı” adına layiq görülüb.

AzerTimes xəbər verir ki, bu nominasiya üzrə 2023-cü ildə cəmi 9 namizədin adı irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya Kralı III Çarlz, “Barbi” filmində baş rolun ifaçısı Teylor Svift, Çin Sədri Si Szinpin, CHatGPT-nin yaradıcısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları da olub.

“Bu ən qürurverici və xoşbəxtlik bəxş edən hissdir, indiyədək həyatımda yaradıcılıq baxımından özünü doğruldan və mənə asudəlik verən duyğudur”, – müğənni jurnala açıqlamasında bildirib.

Qeyd edək ki, “Taym” jurnalı 1927-ci ildən bəri hər il “İlin adamı”nı seçir. 2022-ci ildə bu ada Ukrayna Prezidenti Vladimir Zelenski, ondan əvvəl isə İlon Mask layiq görülüb.

Teqlər: