Türkiyə ilə müttəfiqliyimizə başqa tərəfdən baxmalıyıq.
AzerTimes xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov deyib.
“Mən bunu əvvəllər dəfələrlə demişəm. Çox təəssüf, türklər bir neçə gün əvvəl ballistik raket sınağı həyata keçirdilər. Onun adı “Tayfun”dur. Deyəsən onun uçuş məsafəsi 534 kilometrdir. Nə fikirləşirsiniz? Hansı istiqamətə getdi? Egeyə getmədi, Aralıq dənizinə də getməyib. Türkiyə ərazisində də heç yerə getməyib. Rizə bölgəsindən atəş açılıb. Cənab Ərdoğanın doğma şəhəri Sinopun yaxınlığında Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanması Komandanlığı yerləşir. Raketləri buradan atdılar. Sinopdan da Sevastopola məsafə 300 kilometrdir”, – polkovnik bildirib.