Taxıl sazişinə qayıtmağa hazırıq… – Peskov

Taxıl sazişinə qayıtmağa hazırıq… – Peskov

Rusiya taxıl sövdələşməsinə qayıda bilər, lakin bunu yalnız öz şərtləri əsasında edəcək.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva dərhal taxıl müqaviləsinə qayıtmağa hazırdır. Ancaq Rusiya üçün şərtlər yerinə yetirildikdən sonra”, – o bildirib.

Qeyd edək ki, Rusiya 17 iyulda başa çatan taxıl müqaviləsini uzatmaqdan imtina edib. Buna səbəb kimi isə müqavilə tərəflərinin Rusiya qarşısında götürdüyü öhdəlikləri icra etməməsi göstərilib.

Teqlər: