Ukrayna Türkiyə və BMT ilə taxıl müqaviləsinin 120 gün uzadılması barədə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın infrastuktur naziri Aleksandr Kubrakov deyib.
“Mən BMT-nin Baş katibi Antonio Quterreşə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də bütün tərəfdaş ölkələrə sənədin (taxıl müqaviləsi – red.) daha 4 ay müddətinə uzadılması istiqamətində birgə səylərinə görə minnətdaram”, – nazir bildirib.
Kubrakov qeyd edib ki, 2022-ci il avqustun 1-dən indiyədək 25 milyon ton kənd təsərrüfatı məhsulları göndərilib.