Rusiya Qara dəniz vasitəsilə taxıl ixracının dayandırılmasından sonra yeni marşrutlar üzərində işləyir.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
“Bu, əsasən logistik və texniki məsələdir. Artıq bunun üzərində iş gedir”, – Verşinin bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi malların və taxılın çatdırılması ilə bağlı Afrika ölkələri ilə ciddi əlaqələr saxlayır.