Taxıl ixracı ilə bağlı işlər başladı – Akar

Taxıl ixracı ilə bağlı işlər başladı – Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Ukraynadan dəniz yolu ilə taxıl ixracına nəzarət edəcək koordinasiya mərkəzinin vasitəsilə işlərin başladığını elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Tvitter hesabında yazıb.

“Rusiya və Ukrayna arasında koordinasiya davam edir. Biz cümə günü imzalanmış memorandum üzrə öhdəliklərimizi yerinə yetirmişik və ona əməl etməyə davam edəcəyik. Hazırda birgə koordinasiya mərkəzi işə başlayıb”, – məlumatda bildirilib.

Teqlər: