Taxıl dəhlizi dayanır: Ukrayna ittiham etdi

Taxıl dəhlizi dayanır: Ukrayna ittiham etdi

Rusiya-Ukrayna müharibəsi səbəbindən taxıl dəhlizi ilə Ukrayna taxılını daşıyan gəmilərin sayı kəskin azalıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarda Ukrayna limanlarını tərk edən taxıl daşıyıcılarının orta sayı sutkada 2,7-yə düşüb.

Nazirlik birbaşa Rusiya tərəfini dəhlizin işini əngəlləməkdə ittiham edib:

Yeni ilin ilk ayında Ukraynadan cəmi 2,4 milyon ton taxıl ixrac edilib. Ötən ilin sentyabr və oktyabr aylarında isə bu rəqəm 4 milyondan çox olub:

“Ümumilikdə, dəhlizin istismarı zamanı 18,3 milyon ton taxıl daşınıb ki, bunun da 2,3 milyon tonu Afrikaya, 5,1 milyon ton Asiyaya, 7,5 milyon tonu Avropaya, 3,4 milyon tonu isə Yaxın Şərqə ixrac edilib”.

Teqlər: