Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.
AzerTimes xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.
Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.