İyulun 27-də Tavuş vilayətində dəhşətli qəza baş verib.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, saat 17:50 radələrində İrəvan-Göyçə-İcevan yolunun 99-cu km-də, Dilican genişləndirilmiş icmasının inzibati ərazisində “İnfiniti” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 12 nəfər xəsarət alıb və İcevan tibb mərkəzinə yerləşdirilib. Yaralılardan biri xəstəxanada ölüb.