Tavuşda hərbçilərin kütləvi davası: erməni əsgər bıçaqlandı

Tavuşda hərbçilərin kütləvi davası: erməni əsgər bıçaqlandı

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş vilayətində erməni hərbçi bıçaqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, hadisə 28 avqustda baş verib. Belə ki, Tavuş vilayətinin 19 yaşlı sakini Vigen B. döş qəfəsi və bel nahiyəsindən bıçaqlanıb.

Məlum olub ki, həmin gün saat 20:30 radələrində Ayqedzor kəndində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri ilə naməlum şəxslər arasında dava düşüb. 19 yaşlı Vigen B. bıçaqlanıb, onun əsgər yoldaşı, eyni hərbi hissənin hərbçisi Suren Ç. isə bıçaqlayan şəxsi döyüb.

Avqustun 29-da 20 yaşlı Artur Q. polis şöbəsinə gələrək, avqustun 28-də saat 19:00 radələrində kənddə olanlar haqda məlumat verib. O deyib ki, Tavuş rayonunun Ayqedzor qəsəbəsində bir qrup sakinlə tanışı Noro adlı yük maşını sürücüsü arasında dava olduğunu görüb, araya girib və yoldaşını müdafiə edərək ona tanış olmayan kənd sakinlərini döyüb, lakin onların çox olduğunu görüb və artıq özünü müdafiə edə bilməyib, cibindən bıçağı çıxararaq dava iştirakçılarından birini vurub.

Hazırda istintaq aparılır.

Teqlər: