Ermənistan İstintaq Komitəsi aprelin 21-də Tavuşda baş verən etiraz aksiyası zamanı “Döyüş qardaşlığı” təşkilatının 7 üzvünün saxlanılması ilə bağlı məlumat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə İstintaq Komitəsinin bəyanatında qeyd olunub.
Məlumatda bildirilib ki, aprelin 21-i saat 15:50 radələrində “Döyüş qardaşlığı” təşkilatının 3 üzvü mülki şəxslərlə birlikdə Baqrataşen yaxınlığında Axtanak qəsəbəsindəki yolu kəsiblər.
Yolun açılmasını istəyən başqa bir sakinin maşınına hücum edilib.
Həmin vaxt polis onları saxlamağa çalışsa da, buna müvəffəq ola bilməyib.
Qeyd edək ki, ötən gün “Döyüş qardaşlığı” təşkilatının 5 üzvünün saxlanıldığı bildirilmişdi.