Ermənistanın Milli Təhlükəsizlik Xidməti Tavuşda sərhədçilərin yerləşdirilməsi prosesinin başlanıb-başlamaması ilə bağlı sualı şərh etməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu məlumatı Ermənistan mediası yayıb.
“Tələb olunan məlumat dövlət sirridir”, – Xidmətdən bildirilib.
MTX Ermənistan və Azərbaycanın DSX rəhbərlərinin əlaqə saxlayıb-saxlamaması ilə bağlı sualı da şərh etməyib.