“Taurus”lar Ukrayna müharibəsini bitirəcəkmi?

“Taurus”lar Ukrayna müharibəsini bitirəcəkmi?

Almaniyanın “Taurus” uzaqmənzilli raketləri Ukrayna hərbçilərinə Rusiyanın mühüm hərbi obyektlərini məhv etməyə kömək edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Pavel Narojni deyib.

Ekspert bildirib ki, Ukraynanın bu raketlərin hansı versiyasını alacağı hələ məlum deyil:

“Lakin çox güman ki, söhbət 300 kilometrə qədər olan raketlərdən gedir. Ukraynanın belə uzaqmənzilli raketləri olsaydı, Krım körpüsü artıq dağılmış olardı. İşğal olunmuş Krımla Rusiya arasında qanunsuz tikilən keçid işğalçıların logistik zəncirində ən mühüm bənddir”.

Narojni qeyd edib ki, “Taurus” raketlərini düşmənin bütün hərbi obyektlərini məhv edəcək bir növ “gümüş güllə” kimi düşünmək olmaz:

“Belə raketlərin əldə edilməsi müharibənin bitməsi haqda hekayə deyil. Hekayə şəxsi heyətin, hərbi texnikanın, silah-sursat anbarlarının və işğalçıların maddi-texniki təchizatı üçün infrastrukturun sistemli şəkildə məhv edilməsidir. Bu, bizim tərəqqimizin açarıdır”.

Teqlər: